16 iyun 2021, 19:00

Nərmin Məmmədlidən, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

44 günlük Vətən müharibəsində sərgilədiyiniz mətanət, qətiyyət, rəşadət və cəsarətli qərarlarınız nəticəsində qalib ölkənin ən kiçik yaş kateqoriyasından, ən böyük yaş nümayəndələrinədək "dəmir yumruq" kimi birləşən xalqımız Sizinlə fəxr edir.

15 iyun - Milli Qurtuluş Günüdür! Böyük xilaskarlıq missiyasının qayıdışıdır! Bu gün həm də iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu müttəfiqlik münasibətlərinə dair "Şuşa Bəyannaməsi"nin imzalandığı tarixi gündür.

Bir Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan gənci olaraq bu Zəfərin, səmimi münasibətlərin, tarixi dostluğun, qardaşlığın bir daha şahidi olduğum üçün qürur duyuram.

Hörmətlə,

Məmmədli Nərmin Xəqani qızı

Azərbaycan Respublikası, Biləsuvar rayonu.