Zəfər Nağıyevdən, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident,
Bu gün hər birimiz üçün çox sevincli bir gündür. Ona görə ki, türk dünyasının iki böyük lideri 29 ildir həsrətində olduğumuz Şuşamızdadırlar.
Bu bütün dünyaya ermənilərin yalandan dedikləri kimi Şuşanın erməni şəhəri olmadığının bir sübutudur. Cənab Prezident, Sizin dediyiniz kimi: "Şuşa, sən azadsan, Şuşa, biz qayıtmışıq". Bəli, Siz Şuşanı bizə qaytardınız. Belə bir gözəl görüşün keçirilməsi böyük tarixi hadisədir.
Tarixdən həmişə oxumuşuq ki, böyük siyasət adamları atdıqları addımların nəticələrini neçə il qabağa hesablayırlar. Təəssüf ki, ümummilli liderimiz Heydər Əliyev bu günləri görə bilmədi. Bu günlərin onun atdığı addımların nəticəsi olduğuna inanıram. Bu gün böyük siyasətçi kimi Sizin gördüyünüz işlərin də bizə gözəl gələcək vəd etdiyinə əminəm.
Cənab Prezident, bu günləri bizə yaşatdığınız üçün mən Sizə minnətdaram və qarşınızda baş əyirəm. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram. Bir arzum da Xankəndi yolunun üstündə, Şuşanın qarşısında Sizin “dəmir yumruğunuzu” qaldırdığınız halda heykəlinizin qoyulmasıdır. Hər dəfə oradan keçən ermənilər unutmasınlar ki, bizim dəmir yumruqlu, dəmir iradəli, dünya şöhrətli Prezidentimiz, İlham Əliyevimiz var.
Hörmətlə,
Nağıyev Zəfər Nağı oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu, Beşinci Zobucuq qəsəbəsi.