16 iyun 2021, 15:44

Nurəngiz Bədəlovadan, Biləsuvar, Azərbaycan

Möhtərəm Prezidentim,

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri bütün Azərbaycan xalqı üçün əlamətdar, tarixi hadisə oldu. Bu möhtəşəm səfər Azərbaycan-Türkiyə qardaşlığını, dostluğunu, həmrəyliyini bir daha gücləndirdi, düşmənlərimizə göz dağı verdi və bir daha sübut etdi ki, Türkiyə Vətən müharibəsindən sonra da Azərbaycanla birlikdədir.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, eşq olsun bir millət, iki dövlətin sıx tellərlə bağlanmış qardaşlıq münasibətlərinə!

Böyük hörmət və ehtiramlа,

Bədəlova Nurəngiz Hüseynxan qızı

Azərbaycan Respublikası, Biləsuvar rayonu.