16 iyun 2021, 12:48
Bəhruz Nəbilidən, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin apardığınız düzgün siyasət nəticəsində Azərbaycan bu gün dünyada həm iqtisadi gücünə, həm də siyasi mövqeyinə görə aparıcı dövlətlərdən birinə çevrilmişdir.
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri, bu səfər çərçivəsində imzalanan Şuşa Bəyannaməsi müttəfiqliyimizi, qardaşlığımızı daha da möhkəmləndirəcəkdir. Sizin gördüyünüz işlər türk dünyasının unudulmaz şəxsiyyətlərinin – ulu öndər Heydər Əliyevin və Atatürkün Azərbaycan və Türkiyə qardaşlığı barədə söylədikləri fikirlərin bir daha əyani təzahürüdür.
Təşəkkürlər cənab Prezident!
Hörmətlə,
Nəbili Bəhruz Ağahüseyn qızı
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Günəşli kəndi.