14 iyun 2021, 10:00

Elnarə Quliyevadan, Naftalan, Azərbaycan

Qalib ölkəmizin Müzəffər Ali Baş Komandanı!

Siz daim vətəndaşlarımıza qayğı ilə yanaşır, onların rifahının yaxşılaşdırılması üçün yorulmaz səylər göstərirsiniz. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər Sizin şəhid ailələrinə böyük qayğınızdan irəli gəlir. Mən də şəhid bacısı olaraq Naftalan şəhərində işlə təmin olunmuşam. Siz çıxışlarınızda bəyan edirsiniz ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hər bir azərbaycanlı, o cümlədən şəhid ailələrinin üzvləri bu addımlardan qürur və fərəh hissi keçirir.

Allah Sizə yar olsun.

Hörmətlə,

Quliyeva Elnarə Firuz qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.