16 iyun 2021, 14:00

Əvəz Sadıqovdan, Ağdam, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycan xalqı, o cümlədən ağdamlılar çoxsaylı uğurlara sevinib, qələbələr qeyd edib. Bu il mayın 28-də ağdamlılar ikiqat bayram sevinci yaşadılar. Respublika Günündə Ağdam şəhərinin bərpasının təməli qoyuldu. Ağdamlılar üçün bundan böyük sevinc ola bilməz. Siz bununla əsl tarix yazdınız.

Biz həmişə Sizin yanınızdayıq, daxili və xarici siyasətinizi dəstəkləyirik. Ulu Tanrı köməyiniz olsun.

Hörmətlə,

Sadıqov Əvəz.

Azərbaycan Respublikası, Ağdam rayonu.