09 iyun 2021, 14:43

Rüzgar Cəfərovadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz Ağdamın işğaldan azad olunması münasibətilə xalqa müraciətinizdə demişdiniz ki, indi Ağdam üçün yeni dövr başlayır, bizim böyük planlarımız var. Respublika Günündə Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasiminin keçirilməsi ilə artıq həmin planların reallaşdırılmasına başladınız.

Cənab Prezident, Sizin bu addımlarınız bizi çox ruhlandırır. Yenidənqurma işlərinin başa çatmasını və dədə-baba yurdumuza qayıdıb orada yaşamağımızı səbirsizliklə gözləyirik. Biz Sizə güvənirik, Sizi dəstəkləyirik. Ağdamın bütün ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Əziz Prezidentimiz, Sizə cansağlığı, xoşbəxtlik, yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Cəfərova Rüzgar İsa qızı,

Mingəçevir şəhərində məskunlaşmış Ağdam rayon sakini.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.