08 iyun 2021, 15:50
Şahnaz Şirinova və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Doğma Ağdamımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Vəhşi düşmənin xarabalığa çevirdiyi Ağdamın yerində indi müasir şəhər qurulur. 28 May – Respublika Günündə Ağdama səfəriniz və şəhərin bərpasının təməlqoyma mərasimində iştirakınız bizi hədsiz sevindirdi.
Möhtərəm Prezident, Sizin Qarabağa olan sevginizin təzahürlərini bərpa olunacaq şəhər və rayonların simasında bir daha görəcəyimizə tamamilə əminik. Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Şirinova Şahnaz,
Qurbanova Sevda,
Nəbiyeva Reyhan,
Ağdam rayon 35 saylı köçkün tam orta məktəbin əməkdaşları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.