07 iyun 2021, 10:00

Vadim Klimenkodan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər bir vətəndaşın öz potensialını dolğun ifadə etmək, ölkənin iqtisadi, mədəni və kadr potensialının inkişafına əlverişli töhfə vermək imkanı olan müasir və güclü bir dövlət qurmaq üçün göstərdiyiniz səylərə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Mən 15 ildən çoxdur ki, Azərbaycanın maliyyə sistemində çalışıram, hazırda da VTB Azərbaycan Departamentinin direktoru, İdarə Heyətinin üzvüyəm. Əminəm ki, ölkənin sabit və davamlı inkişafı üçün əsas amillərdən biri vətəndaşları, təsərrüfat subyektləri və dövlət qurumları arasında ədalətli qarşılıqlı əlaqəni təmin edən məhkəmə sisteminin olmasıdır.

2019-2021-ci illər ərzində mülki məsələlərlə bağlı həm iddiaçı, həm də cavabdeh qismində bir sıra məhkəmə proseslərində iştirak edərək məhkəmə qurumları ilə qarşılıqlı əlaqə təcrübəsi qazanmışam. Həmin təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, Azərbaycan məhkəmələrində qərarların qəbulu və icrası sistemi səmərəli inkişaf edir, şəffaflaşma prosesi genişlənir, elektron imza, mediasiya institutunun tətbiqi kimi səmərəli dünya təcrübəsi tətbiq edilir.

Dinamik inkişafı beynəlxalq reytinq qurumları tərəfindən də təsdiq edilən, əhalinin rifah halına görə dünya ölkələri arasında mövqeyini möhkəmləndirən bir ölkənin - Azərbaycanın vətəndaşı olduğum üçün qürur duyuram. Keçirdiyim qürur hissinə görə Sizə minnətdarlıq bildirir, Azərbaycanın daha sürətli inkişafına yönəlmiş bütün təşəbbüs və planlarınızı həyata keçirmək üçün cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Vadim Klimenko

Azərbaycan Respublikası, Bakı şəhəri.