14 iyun 2021, 13:41

Ənvər və Əliheydər Məhərrəmovlardan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Ağdam rayonuna göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Torpaqlarımızın işğaldan azad edilməsi tarixə qızıl hərflərlə yazılan və yaddaşlardan silinməyəcək bir hadisədir. Siz işğaldan azad edilmiş bölgələrə səfərlər edir, şəhər və rayonların bərpasının təməlini qoyursunuz. Ölkəmiz üçün əlamətdar bir gündə – Respublika Günündə Ağdama səfəriniz və şəhərin bərpasının təməlqoyma mərasimində iştirakınız bizi çox qürurlandırdı.

Möhtərəm Prezident, kəndimizin sakinlərinin böyük razılıqlarını Sizə çatdırır, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Məhərrəmov Ənvər,

Məhərrəmov Əliheydər.

Azərbaycan Respublikası, Ağdam rayonu, Çullu kəndi.