Zöhrab Qafarov və Akif Əliyevdən, Bərdə, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Bizə doğma yurd-yuvamıza qayıdış xoşbəxtliyini yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Respublika Günündə Ağdama səfəriniz və şəhərin bərpasının təməlqoyma mərasimindəki çıxışınız biz ağdamlıları qürurlandırdı. Biz bu günlərə Ulu Öndərimizin və Sizin məqsədyönlü siyasətiniz sayəsində gəlib çıxmışıq. Ulu Öndərimiz müasir müstəqil Azərbaycanın təməlini necə möhkəm qoyubsa, Siz də bu gün işğaldan azad olunmuş ərazilərin bərpasının təməlini o cür qoyursunuz. Ulu Öndərimiz vaxtilə “Müstəqilliyimiz əbədidir” demişdi, Siz bu gün “Bizi bu torpaqlardan heç kimi çıxara bilməz” deyirsiniz. Bütün bunlar eyni qətiyyətin, eyni müdrikliyin göstəricisidir. Nahaq yerə deməyiblər ki: “Ot öz kökü üstə bitər”.
Var olun, möhtərəm Prezident!
Hörmətlə,
Qafarov Zöhrab,
Əliyev Akif, Ağdam rayon sakinləri.
Azərbaycan Respublikası, Bərdə rayonu.