12 iyun 2021, 16:29

Seymur Mustafayev və başqalarından, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident!

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində göstərdiyiniz yorulmaz və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndiririk. Müzəffər Ali Baş Komandan kimi sərgilədiyiniz mətanətə, qətiyyətə, qorxmaz və cəsarətli qərarlarınıza görə Sizə şəxsən öz dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edir və qürur duyuruq.

28 May - Respublika Günündə Ağdamda yeni inşa ediləcək obyektlərin təməlqoyma mərasimində ictimaiyyət nümayəndələri ilə görüşünüzdəki çıxışınız hər birimizi sevindirdi, 30 illik həsrətin ardından ürəklərimizdə sevinc və inam hissi oyandırdı və doğma torpaqlarımıza qayıdacağımız günün çox da uzaqda olmadığını sübuta yetirdi. Biz Sizə dərindən təşəkkür edirik, Sizə tam inanır və güvənirik. Hər zaman, hər an, hər bir şəraitdə Sizinləyik, cənab Prezident!

Ölkəmiz və xalqımız üçün gördüyünüz nəhəng işlər üçün sağ olun, var olun! Uca Rəbbimiz Sizi və ailənizi qorusun, Sizi daim müzəffər eləsin!

Hörmətlə,

Mustafayev Seymur,

Yusifov Rəhim,

Hüseynova Sahibə,

Cəbrayılova Pərvanə,

Hüseynov Elçin,

Hacıyeva Lamiə,

Tağıyeva Rafət,

Muxtarova Leyla,

Şükürova Ətayə,

Əlizadə Nərgiz, rayon ziyalıları.

Azərbaycan Respublikası, Ağdam rayonu.