Əlzamin Niftəliyev və başqalarından, Ağdam, Azərbaycan
Əziz Prezident,
Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərlə torpaqlarımızın düşmən tapdağından azad edilməsi bütün xalqımıza böyük sevinc və fərəh hissi yaşatdı. Biz bu Qələbəni Sizin möhkəm iradəniz, qətiyyətiniz, uzaqgörən siyasətiniz, mahir sərkərdəlik qabiliyyətiniz sayəsində qazandıq.
Cənab Prezident, Siz Ağdam şəhərinin bərpasının təməl daşını qoymaqla bizə daha bir sevinc və qürur hissi bəxş etdiniz. İnanırıq ki, işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa və yenidənqurma işləri yüksək səviyyədə başa çatacaq və Qarabağımız qısa zamanda əsl cənnətə çevriləcək.
Hörmətli Prezident, Ağdamın Qasımbəyli qəsəbəsinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Niftəliyev Əlzamin,
Allahverdiyev Mütəllim,
İbrahimova Zərifə,
Hacıyeva Aytəkin,
Mejdunov Etiqat.
Azərbaycan Respublikası, Ağdam rayonu, Qasımbəyli qəsəbəsi.