03 iyun 2021, 12:00

Esmira Səfərova və başqalarından, Bərdə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirakınızla bizə bəxş etdiyiniz sevinc hissi ölçüyəgəlməzdir. İnanırıq ki, bərpa işləri ən yüksək səviyyədə həyata keçiriləcək və biz doğma Ağdamımıza qayıdıb orada yaşayacağıq.

Cənab Prezident, biz xoşbəxt xalqıq ki, Sizin kimi müdrik dövlət başçımız var. Gördüyünüz işlər Sizin xalqa, Vətənə nə qədər böyük məhəbbətinizin olduğunu təsdiq edir. Biz də Sizi sevirik, Sizi dəstəkləyirik.

Ulu Tanrıdan Sizə cansağlığı, ölkəmizin daha da inkişafı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Səfərova Esmira,

Quliyeva Mehriban,

Məmmədova Sura,

Abdullayeva Səidə,

İsmayılov Azər,

Aslanov Rəhim,

Ağdam rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Bərdə rayonu.