08 iyun 2021, 17:30

Ələmdar Şükürov və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində Sizin iştirakınızı böyük minnətdarlıq və fəxarət hissi ilə qarşıladıq. Torpaqlarımızı işğaldan azad etməklə xalqımıza böyük sevinc bəxş etdiniz. Həmin ərazilərdə dərhal quruculuq, bərpa işlərinə başlanılması isə sevincimizi daha da artırdı. Əminik ki, Siz Qarabağımızı özünüzün dediyiniz kimi, ən qısa zamanda əsl cənnətə çevirəcəksiniz. Ağdamın Qərvənd kəndinin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Cənab Prezident, biz Sizə inanırıq, Sizin siyasətinizi dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha böyük zəfərlər qazanacaq.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, fəaliyyətinizə bol-bol uğurlar arzulayırıq.

Hörmətlə,

Şükürov Ələmdar,

Abbasov Çingiz,

İsmayılov Camal,

Əliyev Mail.

Azərbaycan Respublikası, Ağdam rayonu, Qərvənd kəndi.