Sevindik Məmmədov və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident,
Ağdam şəhərinin bərpasının təməlqoyma mərasimini izləyərkən sevincdən gözlərimiz yaşardı. Sizin dərin məzmunlu və təsirli çıxışınız qəlbimizi riqqətə gətirdi. Əminik ki, düşmən vandalizmi nəticəsində xarabalığa çevrilmiş Ağdamın yerində qısa müddətdə müasir şəhər qurulacaq. Bütün dünya görəcək ki, ermənilər nə qədər vəhşi və dağıdıcı “təfəkkür”ə malikdirsə, azərbaycanlılar daha çox yaradıcılıq, quruculuq amalları ilə yaşayır və yaradırlar. Sizin sayənizdə biz təkcə torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda mərd və mübariz xalq olaraq özümüzü bütün dünyaya sübut etmiş olduq.
Yaşasın Azərbaycan və onun müdrik Lideri İlham Əliyev!
Hörmətlə,
Məmmədov Sevindik,
Əliyev Məhiş,
İsgəndərova Mübar,
Məmmədov Ramal,
Hüseyinov Şafa.
Azərbaycan Respublikası, Ağdam rayonu.