07 iyun 2021, 18:26
Ceyhun Abbasov və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Vətən müharibəsi bir daha Azərbaycan xalqının qələbə əzmini, yenilməz iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Bundan sonra Azərbaycan qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq.
Sizin 28 May – Respublika Günündə rayonumuza gəlişiniz və təməlqoyma mərasimində iştirakınız bizi həddindən artıq sevindirdi. Buna görə Sizə rayon sakinləri adından təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Abbasov Ceyhun,
Məmmədov Rafiq,
Abbasov Hümbət,
Quliyev Nizami,
Aslanov İsrafil,
Əliyev Faiq, rayon sakinləri.
Azərbaycan Respublikası, Ağdam rayonu.