Muxtar Əzimov və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident,
Respublika Günündə Ağdama səfəriniz, çoxsaylı tədbirlərdə, xüsusilə Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirakınız bizi hədsiz dərəcədə sevindirdi. Siz 30 illik həsrətimizə son qoymaqla inamımızı, vüqarımızı özümüzə qaytardınız. Sizinlə qürur duyuruq. Əminik ki, Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər nəticəsində Ağdam yenidən bərpa edilərək respublikamızın ən gözəl şəhərləri sırasında olacaq.
Cənab Prezident, Ağdamın Alıbəyli-1 və Alıbəyli-2 qəsəbələrinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Əzimov Muxtar,
Sadıqzadə Hörmət,
Novruzov Nazim,
Əhmədova Həcər.
Azərbaycan Respublikası, Ağdam rayonu, Alıbəyli-1 və Alıbəyli-2 qəsəbələri.