05 iyun 2021, 15:35
Sevda İbrahimova və başqalarından, Ağdam, Azərbaycan
Əziz və hörmətli Prezident,
Bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etməklə Siz yaşatdınız. Çox xoşbəxtik ki, işğaldan azad ediləndən dərhal sonra doğma torpaqlarımızda bərpa, yenidənqurma işlərinə başlanıldı. Əminik ki, bu işlər Sizin rəhbərliyinizlə yüksək səviyyədə başa çatacaq.
Cənab Prezident, Sizin kimi xalqını, Vətənini sevən Müzəffər Ali Baş Komandanımızın olması ilə qürur duyuruq. Ağdamın Bənövşələr qəsəbəsinin sakinləri adından Sizə dərin təşəkkür edirik.
Hörmətlə,
İbrahimova Sevda,
Məmmədova Gülzəndə,
Hümbətov Bəxtiyar,
Həsənov Anar,
Hüseynov Sahib.
Azərbaycan Respublikası, Ağdam rayonu, Bənövşələr qəsəbəsi.