05 iyun 2021, 14:15

Tural Mirzəliyev və başqalarından, Ağdam, Azərbaycan


Möhtərəm Prezident,

Ağdam şəhərinin bərpasının təməl daşını qoymaqla Siz bizə həyatımızın ən xoşbəxt günlərindən birini yaşatdınız. Siz Müzəffər Ali Baş Komandan kimi bu xoşbəxtliyi təkcə bizə yox, bütün Azərbaycan xalqına bəxş etdiniz. Xalqımızı dünyaya yenidən qürurlu xalq, itirilmiş torpaqlarını geri qaytaran xalq kimi təqdim etdiniz. Sizin sayənizdə bu gün biz qalib ölkənin vətəndaşları olaraq fəxr edirik.

Cənab Prezident, bizə yaşatdığınız sevinc və qürur hisslərinə görə Ağdamın İkinci Baharlı qəsəbəsinin sakinləri adından Sizə sonsuz təşəkkürümüzü bildiririk. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Mirzəliyev Tural,

Ələsgərova Gülər,

İbadullayev Firəngiz,

Şükürova Tünzalə,

Şükürov Muxtar.

Azərbaycan Respublikası, Ağdam rayonu, İkinci Baharlı qəsəbəsi.