03 iyun 2021, 17:08

Ramil Səlimov və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

28 May – Respublika Günündə Sizin Ağdama səfəriniz və şəhərin bərpasının təməlqoyma mərasimində iştirakınız bizi həddindən artıq sevindirdi. Yeni Ağdam bizim üçün yeni ümidlər, yeni arzular deməkdir. Biz neçə il bu günün həsrəti ilə yaşamışıq. Allaha çox şükürlər olsun ki, Sizin və Müzəffər Ordumuzun sayəsində bu həsrətimizə son qoyuldu.

Əziz Prezidentimiz, Xındırıstan kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah hər zaman yolunuza işıq salsın!

Hörmətlə,

Səlimov Ramil,

Abdullayeva Afaq,

Sultanov Hətəm,

Dünyamalıyev Ruslan,

Səfərov Etibar,

Şükürov Bəhram,

Rzayev Rizvan.

Azərbaycan Respublikası, Ağdam rayonu, Xındırıstan kəndi.