04 iyun 2021, 10:40

Təbriz Baxşəliyevdən və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin qurduğunuz güclü, müstəqil dövlət sayəsində öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bildik. Müstəqil Azərbaycan dövləti ancaq güclü siyasət aparan lideri ilə bu tarixi Qələbəni qazana bilərdi.

Ağdam şəhərinin bərpası hamımızı xoş gələcəyə daha da ruhlandırdı. Cəbhədə Sizin müsəlləh əsgərləriniz olduğu kimi, indi quruculuq işlərində də Sizinlə birlikdə çalışmaq, azad, güclü, firavan, müasir, gözəl Azərbaycanımızı dünyada daha da tanıtmaq əzmindəyik.

Hörmətlə,

Baxşəliyev Təbriz ,

Əmrahov Namiq,

Məmmədov Aqil,

Hüseynov Bədəl,

Quliyeva Gülsüm,

Ələsgərov Xosrov.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.