03 iyun 2021, 11:34

Elnur Abdullayevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

28 May – Respublika Günündə Ağdama səfəriniz, şəhərin bərpasının təməl daşını qoymanız və bir çox digər tədbirlərdə iştirakınız biz ağdamlıları çox sevindirdi və fərəhləndirdi. Torpaqlarımız mənfur düşmənin işğalından Sizin möhkəm iradəniz, qətiyyətiniz, uzaqgörən və müdrik siyasətiniz sayəsində azad olundu. İnanırıq ki, azad edilmiş ərazilərimizdə Sizin rəhbərliyinizlə həyata keçirilən yenidənqurma və bərpa işləri yüksək səviyyədə başa çatacaq.

Cənab Prezident, gördüyünüz bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Abdullayev Elnur Rəhim oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Qasımbəyli köçkün qəsəbəsi.