Zəhra Bağırovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz hər bir azərbaycanlı ailəsinin əzizi və qürur mənbəyisiniz. Sizin Ağdamın təməlqoyma mərasimində söylədiyiniz "Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq" sözləriniz hər birimizin qəlbini fərəh hissi ilə doldurmuşdur.
Mən 1978-ci ildən təməli qoyulan, respublikamıza yüzlərlə yüksək ixtisaslı mütəxəssislər bəxş etmiş 1 nömrəli məktəbin ingilis dili müəlliməsiyəm. Hazırda məktəbimiz Bakı şəhərində fəaliyyət göstərir.
Möhtərəm Prezidentimiz, Qarabağın, Ağdamın azad olunması məktəbimizin müəllim kollektivini, şagirdlərini çox sevindirdi. Xüsusən Ağdam şəhərində 1 nömrəli məktəbin təməlqoyma mərasimində Sizin iştirakınızı böyük qürur hissi ilə izlədik və kollektivimizin yenidən həmin məktəbdə fəaliyyət göstərəcəyinə görə sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə yaşatdığınız üçün Sizə səmimi qəlbdən təşəkkür edirik.
Hörmətlə,
Bağırova Zəhra Qəzənfər qızı, Ağdam rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri.