Yusif Əliyevdən, Ağdam, Azərbaycan
Möhtərəm cənab Prezident.
28 May – Respublika Günündə Ağdam şəhərinin təməlqoyma mərasimində iştirakınız biz ağdamlıları ürəkdən sevindirdi. Məhz həmin bayram günündə Ağdam şəhərinin bərpasının təməl daşını qoymağınız bizi çox qürurlandırdı. Həmin gün yaddaşlardan silinməyən bir gün olacaq.
Hörmətli cənab Prezident!
Ulu öndərimiz dahi Heydər Əliyevin layiqli davamçısı kimi 44 günlük Vətən müharibəsi günlərində nümayiş etdirdiyiniz səbir və təmkin, qəbul etdiyiniz uzaqgörən qərarlar, ən nəhayət qazanılan möhtəşəm Zəfər Qarabağ münaqişəsini birdəfəlik olaraq Azərbaycan xalqının xeyrinə həll etdi.
Azərbaycanımızın inkişafı naminə bütün işlərinizdə Sizə uğurlar arzulayıram. Bu sevincli günləri bizə yaşatdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Tanrı Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Əliyev Yusif, Seyid Lazım Ağa Ocağının axundu.
Azərbaycan Respublikası, Ağdam rayon Çəmənli kəndi.