01 iyun 2021, 10:00
Vaqif Kazımovdan, Ağdam, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
Bir ağdamlı kimi, bir Azərbaycan vətəndaşı kimi Sizinlə fəxr edirəm. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin inşallah.
Sizin Ağdam üçün, Qarabağ üçün və bütöv Azərbaycan üçün etdiklərinizə görə qarşınızda baş əyirəm. Sizin sayənizdə Ağdam dünyanın ən gözəl şəhərlərindən, ən gəzməli məkanlarından biri olacaq.
Siz Vətəni, xalqı, dövləti necə çox sevdiyinizi əməllərinizlə, fəaliyyətinizlə sübut etdiniz. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi Prezidenti var.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Kazımov Vaqif Mirzə oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Xındırıstan kəndi.