Sabir Baxışovdan, Qəbələ, Azərbaycan
Hörmətli cənab Prezident,
Bu gün dövlətimizin inkişafı uğrunda apardığınız daxili və xarici siyasətinizi, yorulmaz və əvəzsiz fəaliyyətinizi hər bir Azərbaycan vətəndaşı alqışlayır. Ölkəmizin çiçəklənməsində əldə etdiyiniz nailiyyətlər, xarici ölkələrlə əməkdaşlıq sahəsində görülən işlər və qazandığınız uğurlar hər birimizə gün kimi aydındır və bu işlər gözümüzün önündə həyata keçirilir. Ölkəmizdə quruculuq və abadlıq işləri günü-gündən daha da genişlənir. Demək olar ki, hər gün bölgələrimizdə yeni-yeni inzibati binaların, sosial obyektlərin və yaşayış komplekslərinin açılışı həyata keçirilir. Bütün bunlar Sizin xalqa bağlı bir şəxsiyyət olmağınızın təzahürüdür. Ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik mühitin yaradılması və söz azadlığının bərqərar olması Sizin fəaliyyətinizin nəticəsidir. Respublikamızda bütün sahələrdə inkişaf yüksələn xətt üzrə davam edir. Əhalinin rifah halının yaxşılaşdırılması, gənclərə qayğı və diqqətin artırılması və onların yaradıcılıq potensialının, inkişafının təmin olunması, özəl sektorun və kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi və sair barədə imzaladığınız Sərəncamlar və müvafiq Dövlət proqramları layiqincə icra olunur və bundan hər bir vətəndaş bəhrələnir.
Cənab Prezident, uzun illər erməni tapdağında qalan torpaqlarımız məhz Sizin möhkəm iradəniz sayəsində, rəşadətli Ordumuz tərəfindən azad olundu və 30 illik həsrətə son qoyuldu. Bütün xalq bir ailə olaraq Sizin ətrafınızda birləşdi və “Dəmir yumruq” mənfur düşməni darmadağın etdi. Bütün dünya qüdrətli bir ölkənin necə güclü rəhbəri olduğunun şahidi oldu. Bütün qəlbimizlə əminik ki, bundan sonra da daha güclü inkişafa nail olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Biz xalq olaraq hər zaman yanınızdayıq.
Cənab Prezident, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrdə müasir standartlara uyğun yeni parkların salınmasına, sosial və yaşayış binalarının tikilməsinə, küçələrin abadlaşdırılmasına, yeni su, qaz və elektrik xətlərinin çəkilməsinə şərait yaratmışdır. Bütün bu işlər Qəbələ rayonunda da uğurla həyata keçirilmişdir. Qəbələ rayonuna son səfəriniz çərçivəsində yeni dəmir yolunun və bir neçə kəndi birləşdirən körpünün açılışı rayon əhalisi tərəfindən yüksək qiymətləndirilir.
Cənab Prezident, Qəbələ rayon sakini kimi bildirirəm ki, “Qəbələ rayonunun Ağdaş-Zarağan-Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 17 may tarixli Sərəncamınız bizə əvəzolunmaz bir töhfənizdir. Bu yol 7 min əhaliyə xidmət edəcəkdir. Bizə göstərdiyiniz bu yüksək qayğıya görə Qəbələ rayon Cığatelli kənd camaatı adından Sizə dərin minnətdarlığımı bildiririəm. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür diləyirik. Sizə bu çətin və şərəfli işinizdə uğurlar və yeni nailiyyətlər arzu edirik.
Çox sağ olun, cənab Prezident!
Dərin ehtiram və hörmətlə,
Baxışov Sabir
Azərbaycan Respublikası, Qəbələ rayonu, Cığatelli kəndi.