28 may 2021, 12:20

Ağgül Tanrıverdiyevadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

44 günlük Vətən müharibəsində qazanılan Qələbə bütün xalqımızın Qarabağ nisgilinə son qoydu. Bizə Qələbə müjdəsinin sevincini yaşatdığınız üçün Sizə - Ali Baş Komandanımıza minnətdarıq.

Sizin qətiyyətli siyasətiniz nəticəsində respublikamızın sərhədləri bərpa edilir. Bu düşməni qorxuya salır, xalqımızı isə ürəkdən sevindirir, Sizi xalqa daha da sevdirir.

Cənab Prezident, yaşadığımız Tərtər rayonunda düşməninin atdığı mərmilərdən ziyan görməyən küçə, ev-eşik yoxdur. Müharibədən dərhal sonra burada abadlıq işlərinə başlanılıb. Hazırda rayonumuzun elə bir küçəsi yoxdur ki, orada abadlıq işləri görülməsin. Digər küçələrlə birgə bizim Elman Hüseynov küçəsi də təmir olunub. Küçədə işıq, qaz, su-kanalizasiya, rabitə xətləri səliqəyə salınıb, yola asfalt çəkilib. Bu, bizi ürəkdən sevindirir. İnşallah, işğaldan azad edilmiş ərazilərimizdə də tezliklə abad, gözəl şəhərlər salınacaqdır.

Tərtərə və tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə küçəmizin sakinləri adından Sizə bir daha minnətdarlığımızı bildiririk.

Hörmətlə,


Ağgül Tanrıverdiyeva

Azərbaycan Respublikası, Tərtər şəhəri.