27 may 2021, 15:50

Radim Əliyevdən, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin ölkə vətəndaşlarına göstərdiyiniz qayğıdan mən də hər zaman bəhrələnmişəm. Apardığınız məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan möhkəm relslər üzərində sürətlə irəliləyən qatara bənzəyir.

Azərbaycanın güclənməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi prioritet məsələlərdəndir və bu istiqamətdə fəaliyyətinizin uğurlu nəticələrinin şahidiyik.

Azərbaycan xalqı Sizin siyasətinizi dəstəkləyir və Sizinlə fəxr edir.

Hörmətlə,

Əliyev Radim Əfsər oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Kürkəndi kəndi.