28 may 2021, 11:11

Teymur Əkbərovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Koronavirus infeksiyasının dünyaya təzə yayıldığı vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu.

Hazırda ölkəmizdə peyvəndlənmə prosesi gedir. Mən də Azərbaycan vətəndaşı kimi peyvənd olundum və özümü çox gümrah hiss edirəm. Bunun üçün Sizə minnətdaram. Nə qədər ki, Sizin kimi sözü ilə əməli bir olan rəhbərimiz var, heç bir bəla bizi sarsıda bilməz.

Cənab Prezident, əminik ki, xalqımız Sizinlə bu çətinliklərin öhdəsindən gələcək, hazırkı narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən rəhbərliyiniz altında öz axarına düşəcək.

Hörmətlə,

Əkbərov Teymur Fikrət oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.