27 may 2021, 16:30
Nahid Şıxalıyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizin şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğınızdan çox razıyıq. Göstərilən maddi və mənəvi dəstək bizə təsəlli olmaqla yanaşı, gələcək nəsillərə Vətən sevgisi, qəhrəmanlıq ruhu aşılayır.
Cənab Prezident, mən Aprel döyüşlərində yaralanaraq II qrup qazi olmuşam. Bu günlərdə geniş və təmirli mənzillə təmin edilmişəm. Buna görə Sizə təşəkkürümü bildirirəm.
Əziz Prezidentimiz, Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Hörmətlə,
Şıxalıyev Nahid
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.