27 may 2021, 14:15
Ayna Hacıyevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıdan çox razıyıq və buna görə Sizə təşəkkürümüzü bildiririk. Vətən uğrunda şücaət göstərib şəhidlik zirvəsinə ucalmış insanların ailələrinə göstərilən bu diqqət Vətənə bəslənən məhəbbətdən qaynaqlanır.
Mən şəhid yoldaşıyam. Ötən ay geniş və təmirli mənzillə təmin olunmuşam.
Allah Sizə cansağlığı, uzun ömür versin, cənab Prezident!
Allah Sizi qorusun. Amin!
Hörmətlə,
Hacıyeva Ayna Cəlal qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.