27 may 2021, 12:13

Bəhmən Bayramovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin diqqət və qayğınız sayəsində respublikamızın regionlarında həyata keçirilən abadlıq-quruculuq işlərinin uğurlu nəticələri bu gün Biləsuvar rayonunda da özünü göstərir. Əldə edilən bütün nailiyyətlər Sizin düşünülmüş, uzaqgörən siyasətinizin nəticəsidir. Siz, vətəndaşların rifahının yüksəldilməsi, onların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün böyük işlər görürsünüz. Biz bu işləri alqışlayırıq.

Cənab Prezident, rayonumuzun inkişafına göstərdiyiniz diqqət və qayğıya görə biləsuvarlılar adından Sizə minnətdarlıq edirəm. Biz Sizin siyasətinizi dəstəkləyirik. Sizin müdrik rəhbərliyinizlə ölkəmizin gələcəkdə daha böyük uğurlar qazanacağına inanırıq.

Ulu Tanrı Sizə uzun ömür, cansağlığı versin!

Hörmətlə,

Bayramov Bəhmən Əlibala oğlu

Azərbaycan Respublikası, Biləsuvar rayonu.