26 may 2021, 17:55

Veydəddin Pirəliyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması gücümüzün və birliyimizin ən bariz nümunəsidir və “Dəmir yumruq”un nəyə qadir olduğunun göstəricisidir. Bu böyük Qələbə münasibətilə Sizi təbrik edirəm!

Sizin rəhbərliyinizlə Azərbaycan günbəgün inkişaf edir, gözəlləşir. Son zamanlar ölkəmizdə aparılan islahatlar, müasir tələblər səviyyəsində tikilən və təmir olunan, ən yeni avadanlıqlarla təchiz edilən tibb müəssisələrinin, sağlamlıq mərkəzlərinin sayı durmadan artır. Bu, dövlətin vətəndaşlarının qayğısına qalmasından xəbər verir.

Bu günlərdə tibb müəssisələrinin birində 10 gün müalicə aldım. Bu müalicə səhhətimin yaxşılaşmasında müstəsna rol oynadı. Mənə göstərilən yüksək tibbi xidmətə, həmçinin son illər xəstəxanalarda yaradılan şəraitə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Azərbaycan vətəndaşı olaraq ölkəmizdə həyata keçirilən bütün yenilikləri alqışlayıram və dəstəkləyirəm.

Hörmətlə,

Pirəliyev Veydəddin Həsən oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu.