Vüsal Bədəlovdan, Bərdə, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan işlər, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər təqdirəlayiqdir. Göstərdiyiniz diqqət və qayğı ilə Azərbaycanın bütün bölgələri çiçəklənir.
Bizim kəndimiz də Sizin qayğınızdan bəhrələnib. Sizə dərin təşəkkürümüzü bildiririk ki, kəndimizin sakinlərinin və şəhid ailələrinin müraciəti nəzərə alınaraq yollarımız asfaltlandı.
Rayonumuzun bütün sakinləri adından görülən işlərə görə minnətdarlığımızı bildirərək gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Allah Sizi və ailənizi qorusun, Sizi Azərbaycan xalqının üzərindən əskik etməsin. Hər zaman var olun.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Bədəlov Vüsal Vahid oğlu
Azərbaycan Respublikası, Bərdə rayonu, Arabaçılar kəndi.