Elzamin İsmayılovdan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident!
Biz tərtərlilər Sizin rayonumuza, onun sakinlərinə göstərdiyiniz diqqət və qayğını hər zaman hiss edirik. İstər 2016-ci ilin aprel döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində hər zaman tərtərlilər Sizin dəstəyinizdən güc alıb, düşməndən qorxmadan onlarla üz-üzə əkib-becərib, qurub-yaradıblar. Sizin rəhbərliyinizlə qazanılan Qələbə indi bizi daha yaxşı işləməyə, yaşamağa ruhlandırır. Bütün bunlar üçün rayonumuzun sakinləri Sizə minnətdardırlar.
Müharibədən sonra Tərtərdə həyat öz axarına düşüb. Hazırda küçələrdə təmir- abadlıq işləri aparılır, kommunikasiya xətləri qaydaya salınır. Küçələrin istinad divarları aqlay və bəzək daşları ilə üzlənir. Yaşadığımız Elman Səfərov küçəsində də abadlıq işləri aparılır.
Görülən işlərə görə küçəmizin sakinləri adından Sizə öz minnətdarlığımızı bildiririk. Tərtərlilərin hər biri ölkəmizin, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə əlindən gələni edəcək, Sizin ətrafınızda bundan sonra da sıx birləşəcəklər. Fəxr edirik, qürurlanırıq ki, Sizin kimi qətiyyətli Prezidentimiz var.
Tanrı Sizi qorusun!
Hörmətlə,
İsmayılov Elzamin Yusif oğlu
Azərbaycan Respublikası, Tərtər şəhəri.