Vilayət Məmmədovdan, Göygöl, Azərbaycan
Müzəffər Ali Baş Komandan, cənab Prezident!
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Sizin siyasətiniz, uğurlu sərkərdəliyiniz və rəşadətli, yenilməz Ordumuzun şücaəti sayəsində Qələbə qazandı, fərəh, sevinc, qürur hissləri yaşadı. Tapdaq altında qalan dilbər guşələrimiz, Qarabağımız əsirlikdən azad edildi. Tariximizə yeni tarix əlavə olundu. Bu tarix 8 noyabr – Zəfər günümüz oldu.
Hamı Sizin 44 gün Vətən müharibəsi zamanı xarici dövlətlərin müdaxilələrinə əhəmiyyət vermədən mübarizəyə davam etdiyinizin şahid oldu. Vətən üçün canından keçən hər bir igid hərbiçimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.
Cənab Prezident, Sizin şəhid ailələrinə, qazilərə göstərdiyiniz diqqət, qayğı bizi qürurlandırır. Şəhid ailələrinə mənzillərin təqdim edilməsi, qazilərin müasir standartlara cavab verən protezlərlə təmin olunması təkcə onlara deyil, ümumilikdə xalqımıza olan sevginizin nəticəsidir. Nə qədər ki, Sizin kimi dayağımız var, dövlətimiz daim çiçəklənməkdə olacaq.
Sizinlə fəxr edirik!
Hörmətlə,
Məmmədov Vilayət İsbəndər oğlu
Azərbaycan Respublikası, Göygöl rayonu, Şəhriyar kəndi.