Xalid Qarayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Şuşada, Cıdır düzündə ailə üzvlərinizlə birgə iştirak etdiyiniz “Xarıbülbül” festivalının təşkilinə görə “Qobu-Park” yaşayış kompleksinin sakinləri olan köçkünlər adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu möhtəşəm tədbirin keçirilməsi Vətən müharibəsində qazandığımız şanlı Zəfərlə bizə yaşatdığınız sevinc və qürur hissini daha da artırdı. Eyni zamanda, festival məğlubiyyətdən sarsılmış mənfur düşmənə güclü mənəvi və psixoloji zərbə oldu.
Cənab Prezident, festivalın açılışında söylədiyiniz nitqi dinləyərkən bir daha fərəhləndik. Bu gün biz qalib ölkənin vətəndaşları olaraq fəxr edirik ki, Sizin kimi Vətənini, xalqını dərin məhəbbətlə sevən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var.
Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Qarayev Xalid Rəhim oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, “Qobu-Park” yaşayış kompleksi.