04 iyun 2021, 10:00
Maarif İsmayılovdan, Qəbələ, Azərbaycan
Hörmətli cənab Prezident,
Ölkəmizdə və rayonumuzda aparılan quruculuq işləri qəlbimizi fərəh hissi ilə doldurur. Qəbələ rayonunun Bum çayı üzərində yeni körpünün salınması bu fərəh hissini daha da artırdı.
On mindən artıq insanın istifadə etdiyi bu körpüdən kəndimizin dörd mindən artıq əhalisi də yararlanır. Rayon mərkəzi ilə əlaqəmizi asanlaşdıran bu körpünün açılışı bizi hədsiz dərəcədə sevindirdi. Kəndimizin əhalisi və pedaqoji kollektivimiz adından buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
İsmayılov Maarif Baba oğlu
Azərbaycan Respublikası, Qəbələ rayonu, Mıxlıqovaq kəndi.