03 iyun 2021, 10:41

Əmir Cəfərovdan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

“Qəbələ rayonunun Ağdaş – Zarağan (40 km) – Böyük Pirəli – Kiçik Pirəli –Xırxatala – Cığatelli – Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 17 may tarixli Sərəncamınız bu yolun keçdiyi Həmzəli kəndinin sakini olaraq məni çox sevindirdi. Bunu, regionların sosial-iqtisadi inkişafı çərçivəsində atılan mühüm addımlardan biri hesab edirik.

Əziz Prezidentimiz, sədri olduğum Həmzəli kənd Ağsaqqallar Şurasının kollektivi və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əmir Cəfərov

Kənd Ağsaqqallar Şurasının sədri

Azərbaycan Respublikası, Qəbələ rayonu, Həmzəli kəndi.