Rəhman Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Siz dünya şöhrətli siyasətçi və dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli davamçısı, milyonlara sevinc yaşadan və çox sevilən bir Prezident kimi tarixə düşmüsünüz. Xalq Sizinlə fəxr edir və iftixar hissi duyur.
Siz Azərbaycanın dilbər guşəsi olan və Qarabağın incisi sayılan Şuşa şəhərinin işğaldan azad olunma xəbərini Fəxri xiyabanda Şəhidlərin məzarını və ömrünün böyük hissəsini Azərbaycan xalqına və dövlətinə həsr edən ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra elan etdiniz. Bununla da 50 milyonluq Azərbaycan xalqını, Böyük Türk Dünyasını sevinc çələnginə bürüdünüz.
Sizin sayənizdə Qarabağ erməni tapdağından azad edildi. O, şəhidlərimizin, qazilərimizin qanı bahasına artıq sahibinə - Azərbaycan xalqına qaytarıldı. Allah şəhidlərimizə rəhmət eləsin! Artıq Ümummilli Liderimizin və şəhidlərimizin ruhları rahatdır.
Siz ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordu quruculuğuna diqqəti artırmaqla, zabit heyətinin təkmilləşdirməklə dünya ölkələrinin nümunə götürəcəyi müasir ordu modelini yaratdınız.
Quruculuq illərində yeni nəhəng layihələrin həlli ölkəmizdəki sabitliyə və şəxsən Sizə olan inam nəticəsində öz həllini tapırdı. Həmin layihələrin həlli isə Azərbaycan iqtisadiyyatına böyük töhfələr gətirirdi. Siz güclü bir siyasətçi kimi daim erməni liderləri üzərində siyasi qələbə qazanmaqla nəyə qadir olduğunuzu göstərirdiniz. Sizin kimi Müzəffər Ali Baş Komandanı olan ordu heç vaxt məğlub ola bilməz.
Cənab Prezident, Siz böyük xalq sevgisini özünüzdə cəmləşdirərək Azərbaycan xalqının qəlbində əbədiyyətə çevrildiniz. Sizə minnətdarıq! Yaxşı ki, varsınız!
Hörmətlə,
Rəhman Məmmədov
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.