24 may 2021, 13:40

Oruc Orucovdan, Bakı, Azərbaycan

Əziz Prezidentimiz.

Vətən müharibəsində qazandığımız şanlı Zəfərin, azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa, quruculuq işlərinin, xüsusilə də Şuşada Cıdır düzündə Novruz tonqalını alovlandırmağınızın sevincini hələ də yaşayırıq. Biz bu günləri həsrətlə gözləyirdik. Bakıda Sizin iştirakınızla Hərbi Qənimətlər Parkının açılması bizə daha bir sevinc və iftixar hissi yaşatdı. Düşmənə gözdağı olan bu park dövlətimizin qüdrətini, ordumuzun gücünü, potensialını bütün dünyaya nümayiş etdirir.

Hörmətli Prezident, bütün bunlara görə Sizə minnətdarlığımı bildirir, cansağlığı, uzun ömür arzularımı çatdırıram.

Vətən müharibəsinə həsr etdiyim növbəti şeirimi diqqətinizə təqdim edirəm.

Qoy eşitsin şəhid olmuş,

Quş yuxulu növcavanlar.

Bu Vətənin keşiyində,

Durub onlar, bizi anlar.

Vətən üçün aşiq olmaq,

Vətən üçün yar olmaqdır.

Vətən üçün şəhid olmaq,

Vətən üçün var olmaqdır.

Gəlin öpək şəhidlərin,

Üz qoyduğu bu torpağı.

Gəlin öpək babaların,

İz qoyduğu bu torpağı.

Bu torpaqdır beşiyimiz,

Bu torpaqdır evimiz də.

Bu torpaqda doğulmuşuq,

Bu torpaqçün ölək biz də.

Biz ölsək də düşmən bizi,

Ölməz bilib qorxacaqdır.

Bu torpağın oduna biz,

Çox yanmışıq bu da haqdır.

Torpağımız qan püskürür,

Düşmən qorxub qaçar olsun!

Vətən mülkü təmizlənsin,

Düşmənlər qoy naçar olsun!

Dünya bilir Vətən eşqi,

Torpaq dərdi, oğul dağı.

Silinməzdir göz yaşıyla,

Bunu gərək qansın yağı!

Bu sözləri bütün şəhid,

Soydaşlara söyləmişəm.

Heç bilmirəm nə demişəm,

Yana-yana neyləmişəm.

Silahlıdır türk soylu türk,

Bunu gərək qansın düşmən!

Qiyamətə qisas qalmaz,

Bunu gərək ansın düşmən!

Hörmətlə,

Oruc Orucov (Bəbiraslanoğlu)

Şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.