Elsevər Mustafayevdən, Qəbələ, Azərbaycan
Hörmətli cənab Prezident,
Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edərək adınızı tariximizə qızıl hərflərlə yazdınız. Fəxr edirik ki, Sizin kimi müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Mədəniyyət paytaxtımız olan Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı çıxışınıza diqqətlə qulaq asdım və böyük fərəh hissi keçirdim. Bu festival hər bir azərbaycanlıya qürur hiss yaşatdı, düşmənə isə güclü mənəvi zərbə oldu.
Cənab Prezident, Siz vətəndaşlarımızın firavanlığının artmasına, onların rahat yaşayışına daim diqqət yetirirsiniz. Qəbələ rayonunun Ağdaş–Zarağan–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı imzaladığınız Sərəncam bunun daha bir nümunəsidir. Göstərdiyiniz diqqət və qayğıya görə Kiçik Pirəli kəndinin ziyalıları adından Sizə minnətdarlığımı bildirirəm.
Əziz Prezident, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə gərgin fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Var olun!
Hörmətlə,
Mustafayev Elsevər
Azərbaycan Respublikası, Qəbələ rayonu, Kiçik Pirəli kəndi.