Baxşeyiş Hacıyevdən, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Uzun müddət həsrətində olduğumuz Qələbəni bizə bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu Qələbə ilə bütün dünya Azərbaycan dövlətinin qüdrətini, Ordumuzun gücünü bir daha gördü. Biz qalib ölkənin vətəndaşları olmaqdan qürur duyuruq. Həmçinin fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var.
Cənab Prezident, işğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda bərpa işləri görülür. Əhali görülən işlərdən razıdır. Rayonumuzda aparılan bütün bu işlər Sizin qətiyyətinizin və əhalimizə göstərdiyiniz diqqətin nəticəsidir. Odur ki, erməni işğalçıları üzərində şanlı Qələbəmizə və Ağdam rayonunun əhalisinə göstərdiyiniz qayğıya görə Sizə öz minnətdarlığımı bildirirəm.
Sizə bir daha təşəkkür edir, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.
Sizə ailənizlə birlikdə uzun ömür, cansağlığı və yeni uğurlar arzulayıram.
Hörmətlə,
Hacıyev Baxşeyiş Hacı oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.