24 may 2021, 16:22

Faiq İsmayılovdan, Qəbələ, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri ölkəmizin ən ucqar kəndlərini də əhatə edir. Belə ki, rayonumuzda aparılan abadlıq və quruculuq işləri doğma Qəbələmizi ölkənin ən gözəl guşələrindən birinə çevirib, turistlərin sevimli istirahət məkanı olub.

Son illər Kötüklü, Mıxlıqovaq, Yemişənli, Uludaş, Tikanlı, Abrıq kəndlərinin yol infrastrukturunun yenilənməsi həmin kəndləri rayon mərkəzi ilə birləşdirib, sakinlərin rahatlığına xidmət edib. Kəndlərimizin qazlaşdırılması da hamımızın ürəyincə oldu. Bu, Sizin bölgələrə diqqət və qayğınızın bariz nümunəsidir.

Cənab Prezident, mən müharibə veteranı və bir müəllim kimi çalışdığım kollektivin Sizə olan hörmət və minnətdarlığını çatdırıram. Sizin dövlətimizi, xalqımızı dünyanın siyasi arenasında necə yüksək səviyyədə təmsil etdiyinizi görür və qürur duyuruq.

Sizin ətrafınızda daim yumruq kimi birləşəcəyimizi və Sizin uğurlu siyasətinizi dəstəkləyəcəyimizi bildiririk.

Allah Sizi qorusun!

Hörmətlə,

İsmayılov Faiq Sabir oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Kötüklü kəndi.