20 may 2021, 13:10

Emil Zəkidən, Qəbələ, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Öncə ölkəmizdə olan əmin-amanlığa və təhsil sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə Qəbələ rayonunun Nic qəsəbə 1 saylı tam orta məktəbinin kollektivi adından Sizə minnətdarlığımızı bildirirəm.

Sizin Nic qəsəbə 1 saylı tam orta məktəbinə gəlişiniz və məktəbimizin yenidən tikilməsi haqqında verdiyiniz tapşırıq bizi çox sevindirdi. “Təhsil millətin gələcəyidir” deyirlər. Kəndimizdə yeni məktəb binasının tikilməsini kəndimizin gələcəyi üçün mühüm amil hesab edirik.

Xalqımıza daim dayaq olaraq, bizim həyat şəraitimizin yaxşılaşdırılmasına sağlamlığımızın qorunmasına və problemlərimizin həll edilməsinə göstərdiyiniz xüsusi diqqətə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir daha dərin minnətdarlığımı bildirirəm. Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram.

Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Emil Zəki

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.