20 may 2021, 12:08
Bəhruz Rufullayevdən, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezident.
Uzun fasilədən sonra Cıdır düzündə Azərbaycan muğamı səsləndi. Siz bizə xalqımızın milli sərvəti olan Şuşada musiqi bayramı sevincini yaşatdınız, gözəl ənənəni bərpa etdiniz. Qədim torpağımız olan Şuşadan bütün dünyaya mesaj göndərdiniz.
Bu bayram münasibətilə Sizi təbrik edirəm. Qoy bizi istəyənlər, dostlar sevinsin, bizi istəməyən düşmənlərimiz xar olub paxıllıqlarından çatlasınlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hörmətlə,
Rufullayev Bəhruz
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.