20 may 2021, 11:12

Sərvinaz Əhədovadan, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident,

İlk öncə Sizə böyük minnətdarlıq edirəm. Sizin böyük əzminiz, iradəniz, siyasətiniz sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Şəhidlərimizin, eləcə də atamın qisası alındı. Sizi Şuşa şəhərindəki "Xarıbülbül" musiqi festivalında görmək bizə çox böyük qürur hissi yaşatdı. Tanrı Sizi Azərbaycan xalqına çox görməsin. Biz də çalışacağıq ki, vətənimiz üçün savadlı, vətənpərvər vətəndaşlar yetişdirək.

Sizə sonsuz təşəkkürlər edirik.

Hörmətlə,

Əhədova Sərvinaz İkram qızı

Azərbaycan Respublikası, Ağsu rayonu.