20 may 2021, 10:00

Vüsalə Həsənovadan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Ali Baş Komandanlığınızla Vətən müharibəsində qazandığımız tarixi Qələbənin xalqımıza yaşatdığı hisslər ölçüyəgəlməzdir. Siz uzun illərdən bəri həsrətində olduğumuz Qarabağı azad etdiniz, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bir azərbaycanlı kimi bu gün biz özümüzü məğrur, qalib, azad və qürurlu hiss edir, başımız dik, alnımız açıq gəzirik. Azərbaycan kimi qüdrətli bir ölkənin vətəndaşı olmaqdan qürur duyuruq. Bütün bunlara görə Sizə və rəşadətli ordumuza borcluyuq.

Cənab Prezident, çox sağ olun ki, xalqımıza bu gözəl hissləri yaşatdınız. Sizin kimi müdrik Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın olması ilə fəxr edirik. Allah Sizə cansağlığı versin!

Hörmətlə,

Vüsalə Həsənova

Azərbaycan Respublikası, Sabirabad şəhəri.