07 may 2021, 17:16

Elşən Babayevdən, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

İyirmi səkkiz il həsrətində olduğumuz Qələbə sevincini 44 günə bizə yaşatdığınıza Sizə səmimi qəlbdən minnətdaram. Bu Qələbə ilə Siz təkcə biz hərbçilərin deyil, bütün dünya azərbaycanlılarının və bizə dost xalqların qəlblərini fəth etdiniz.

Sizin Azərbaycan tarixində açdığınız yeni səhifədə qızıl hərflərlə yazdığınız uğurlar ölçüyəgəlməzdir. Biz fəxr edirik ki, Sizin kimi müdrik və uzaqgörən Prezidentimiz var.

Biz qazilər daim Sizin diqqətinizin mərkəzindəyik, hər zaman dövlətimizin qayğısını hiss edirik. Biz həmişə Sizinləyik.

Uzun illər idi ki, mənzil növbəsində idim. Sizin qayğınızın nəticəsi kimi bu günlərdə geniş, təmirli və gözəl mənzillə təmin olundum. Mən və ailə üzvlərim çox sevincliyik.

Bizə bu sevinci yaşatdığınıza görə ailə üzvlərimin adından və şəxsən öz adımdan Sizə minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı və müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Babayev Elşən Əlisa oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.